Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadının məhkəməsi başlayır.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanı fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə təqsirli bilinən Abbasova Svetlana Bəylər qızının məhkəmə prosesi aprel ayının 24-də Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, cinayət işində 3 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınıb.