Azərbaycanda 5 ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur. Ən yüksək 5 ulduzlu otellərdə standart otaqların qiyməti isə qubadadır. Burada bir günlük gecələmək 269 manata başa gəlir.
Turizm üzrə ekspertlər deyirlər ki, qiymətlərin mütəmadi artmasının bir sıra səbəbləri var.
Turizm üzrə ekspert Rəhman Quliyev "Xəzər Xəbər"ə deyib ki, əvvəlki illərlə müqaisədə indi bəzi otellərdə xidmətlərdə dəyşikliklər və əlavələr var. Bundan başqa, rusiyalı turistlərin Türkiyəyə üz tutması oranın otellərində də qiymətləri artırıb. Bu səbəbdən rayonlardakı otellərə yerli turistlərin tələbi artıb.
Qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsi fonunda hələ ki, daxili otellərə tələbatın çox olması davam edəcək. Buna görə də qiymətlərin yaxın vaxtlarda enəcəyi gözlənilmir.