Erməni mətbuatı Qarabağ müharibəsində erməni tərəfdən çıxış edən rusiyalı jurnalist Semyon Peqov Azərbaycan tərəfə çalışan casus imiş.
SHOWNEWS.AZ xəbər verir ki, erməni mətbuatının iddialarına görə "Instagram" və "Telegram” sosial şəbəkəsində populyarlıq qazanan “WarGonzo” layihəsinin rəhbəri Semyon Pegov "Bakının casusu" imiş.
Erməni mənbələri yazır ki, müharibə zamanı Ermənistan silahlı qüvvələrinin olduğu yerlə bağlı Azərbaycan Ordusuna dəqiq məlumat ötürdüyünə dair dəlillər var.
Anaxit Ovsepyan adlı istifadəçinin sözlərinə görə, Peqov hara gedirmişsə, hardan reportaj hazırlayırmışsa, oranı dərhal Azərbaycan Ordusu darmadağın edirmiş. Yəni erməni qoşunlarının yerləşdiyi yerlərin koordinatlarını və strateji nöqtələri Peqov Azərbaycana ötürürmüş.