![Külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq Külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq](https://img.shownews.az/news/2024/05/photo_14985.jpg)
Bakıda və Abşeron yarımadasında mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 7-si axşam yağıntıda fasilə olacaq.