İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq.
Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Xankəndidə keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, növbəti illərdə bu rəqəm getdikcə artacaq.