Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qadınların şəkillərini əxlaqsız formaya salaraq şantaj edən “vəkil Həsənov” həbs olundu

Qadınların şəkillərini  əxlaqsız formaya salaraq şantaj edən “vəkil Həsənov” həbs olundu

Polisin keçirdiyi tədbirlərlə qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü “vəkil Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib. Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib.

Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub.

S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərər görən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.