Aİ 95 markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bildirilir ki, ucuzlaşma sabahdan olacaq.
Hazırda Aİ 95 markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.
Qeyd edək ki, Aİ 95 markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.
Azərbaycanda Aİ 95 markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.