Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?

Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?

Məlum olduğu kimi, Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyi qadağan edilib. Parlamentdə Ailə Məcəlləsinə dəyişiklik layihəsinin təsdiqi müzakirələrə səbəb olub.

“Bizim.media” xəbər verir ki, müzakirələrdən biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilməsi məsələsidir.

Maraqlıdır, yeni qaydalar hansı tarixdən tətbiq ediləcək?

Məsələyə aydınlıq gətirən millət vəkili Fazil Mustafa bildirib ki, qaydalar bir ildən sonra qüvvəyə minəcək: “Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, Prezident qanunu imzalayandan sonra qüvvəyə minir”.