Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.