Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Uşaq xəstələnəndə bu səhvləri edirik - Valideynlərin nəzərinə!

Uşaq xəstələnəndə bu səhvləri edirik - Valideynlərin nəzərinə!

Uşaq soyuqdəymə xəstəliyinə tutulanda, valideynlər və xüsusilə də nənə-babalar müxtəlif xalq təbabəti vasitələrinə üz tutur.

Lakin bəzi belə vasitələrdən kor-koranə istifadə edilməsi uşağa yalnız ziyan vurur.

SHOWNEWS.AZ xəbər verir ki, rusiyalı pediatr Yevgeniy Timakov zdr.ru-ya valideynlərin bəzi belə səhvləri haqqında danışıb.

1. Qızdırması olan uşağı, xüsusilə kiçik yaşlı uşağı isti yorğana bürümək olmaz!

Pediatrın sözlərinə görə, bu hərarətin daha da artmasına səbəb olacaq. Əksinə hərarəti olan uşağı yüngül geyindirmək, corab, pampers çıxartmaq lazımdır.

1 yaşa qədər olan uşaqlarda termorequlyasiya prosesləri (orqanizmdə sabit hərarət saxlamaq qabiliyyəti) hələ ki tam formalaşmayıb ki, hərarət zamanı belə uşaqları bürüməklə onlara çox ciddi ziyan vurmaq mümkündür. Bu hətta uşağın ölümünə səbəb ola bilər.

2. Tonzillit zamanı süd olmaz!

Pediatrın sözlərinə görə, badamcıqların iltihabı zamanı uşağa süd vermək olmaz ki, bu boğazda iltihabın daha da artmasına səbəb olacaq. Həmçinin nəm öskürək zamanı da süd arzuolunmazdır ki, onun istehlakı nəfəs yollarında seliyin ifrazını artırır. Bu isə öskürəyin daha da artmasına səbəb olacaq.  

Əksinə isə quru öskürək zamanı süd çox yaxşı kömək edir, öskürəyi yüngülləşdirir.

3. Boğaz iltihabı zamanı limon və zoğal mürəbbəsi olmaz!

Tonzillit zamanı uşağa turş içkiləri vermək olmaz (limonlu çay, zoğallı çay və s.). Bu boğazı daha da qıcıqlandıracaq.

Lakin boğazda iltihab yoxdursa, soyuqdəymə zamanı turş içkiləri vermək lazımdır.

Həkim soyuqdəymə zamanı ən yaxşı içkinin adını açıqlayıb. Bu moruq mürəbbəsi ilə çaydır. Moruq mürəbbəsi təbii aspirin sayılır - hərarəti və iltihabı azaldır.  

4. Banka qoymaq olmaz!

Həkimin sözlərinə görə, 6-7 yaşa qədər olan uşaqlara banka qoymaq olmaz. Bu dərinin və damarların zədələnməsinə və hətta qanaxmayasəbəb ola bilər. //Saglamolun.com