Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İmişlidə 17 yaşlı qız ərə verilir - 10 GÜN SONRA TOYDUR

İmişlidə 17 yaşlı qız ərə verilir - 10 GÜN SONRA TOYDUR

İmişli rayonunun Məzrəli kəndində 17 yaşlı qızın 11 sentyabr tarixində toyu olacaq. 

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. O, bildirib ki, məsələ ilə bağlı qızı İmişli Rayon İcra Hakimiyyəti əməkdaşları icraya aparmaq istəyib.

Lakin bəyin atası qızın anasının xəstə olduğunu iddia edərək bunu qadağan edib. Kəmalə Ağazadə qızın həyatının təhlükədə olduğunu vurğulayıb.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.