Dövlət Gömrük Komitəsi (DGK) "Smart Customs" tətbiqində və "e.customs.gov.az" saytındakı nasazlığı tam aradan qaldırıb.
SHOWNEWS.AZ xəbər verir ki, bunu Trend-ə DGK-nin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov deyib.
Onun sözlərinə görə, bir müddət əvvəl həm tətbiqin, həm də saytın işində nasazlıq müşahidə olunmuşdu:
"Mütəxəssislər müvafiq addımlar atıb və hazırda problem tam həll olunub".