Xəbər verdiyimiz kimi, bu gün səhərdən etibarən Bakı bulvarı ərazisində, Xəzər dənizinin sahilində 16 metr uzunluğunda hiperreal ölçüdə olan bir kaşalot özünü “sahilə vurub”.
COP29 zirvə toplantısının keçirildiyi müddətdə bu sənət əsəri ətraf mühit və dənizlərin, su hövzələrinin mühafizəsinin vacibliyi haqqında böyük mesaj çatdırır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bununla bağlı instaqram hesabında video paylaşıb.