“Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb”.
Bunu jurnalistlərə açıqlamasında AZAL prezidenti Samir Rzayev bildirib.
“Bu bizim üçün çox böyük hadisə idi. Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”, - S. Rzayev əlavə edib.
O bildirib ki, təyyarənin “qara qutu”su tapılıb: “Hazırda “qara qutu”nun oxunması qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək”.