Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qəzada həlak olan pilotun anası danışdı

Qəzada həlak olan pilotun anası danışdı

“Hadisədən bir gün öncə mənə vatsapda yazdı və dedi ki, onu reysə təyin ediblər. Onu həmişə hansısa reysə təyin edəndə məni xəbərdar edirdi ki, ana, mən ora uçuram, gəliş vaxtı filan vaxt. Həmişə qayıdanda yazırdı ki, mən evə çatdım, narahat olma”.

Bu sözləri AZƏRTAC-a Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan pilotu Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova bildirib. O, oğlunun cəmi bir ildir ki, işlədiyini, işini çox sevdiyini deyib:

“Bir il işlədi və məzuniyyətə çıxdı. Bu onun ilk məzuniyyəti idi. Mənə zəng vurmuşdu, deyirdi ki, məzuniyyəti Avropada keçirmək istəyirəm, Fransanı seçmişəm. Dedim ki, əlbəttə, Saşa, sənin bir ilin çox gərgin olub. Onun çox sıx cədvəli var idi. Dedim ki, sən bunu qazandın, buna layiqsən. Məzuniyyətdən qayıtdı, cəmi bir həftə idi ki, işləyirdi. 2013-cü ildən bu peşə üzrə oxuyurdu, işini çox sevirdi. Ümumiyyətlə, işi haqqında çox danışan deyildi. Cəmi bir il idi ki, uçurdu. Hər dəfə fərqli kapitanlarla uçuş həyata keçirirdi...”

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan “Embraer 190” təyyarəsi dekabrın 25-də fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Ölənlər arasında pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva da var.