Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Əxlaqsızlığın təbliğinə görə 10 tiktoker həbs olundu

Əxlaqsızlığın təbliğinə görə 10 tiktoker həbs olundu

Əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

“Qafqazinfo”nun məlumatına görə, bu tədbirlər çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən tiktokerlərin adları bəlli olub.

Bunlar Abdullazadə Elvin Füzuli oğlu, Həsənov Məhərrəm İlqar oğlu, Alısoy Zahid Şəmsəddin oğlu, Qasımzadə Alim Rasim oğlu, Nəbiyev Ceyhun Şakir oğlu, Məmmədov Murad Bəxtiyar oğlu, Əliyeva Günay Ağməmməd qızı, Husifov Hakan Adəm oğlu, Quliyeva Quanna Zahir qızı, Yusifova Nurdan Zəkəriyyə qızıdır.

Adıçəkilən şəxslərin hər biri  barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.