Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanın daha bir rayonunda bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Azərbaycanın daha bir rayonunda bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün mütəmadi olaraq mühüm addımlar atılır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.

"Trend" xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir rayonda - Zərdabda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

Belə ki, sözügedən rayonda 18 ədəd ikiotaqlı, 12 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.

Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.

Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 2,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.