Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Hamıdan birinci koronavirus peyvəndi Ramin Bayramlıya vuruldu? - TƏBİB-dən AÇIQLAMA

Hamıdan birinci koronavirus peyvəndi Ramin Bayramlıya vuruldu? - TƏBİB-dən AÇIQLAMA

Sosial şəbəkələrdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin İdarə Heyətinin sədri Ramin Bayramlının peyvənd olunarkən çəkilmiş fotosu yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun COVID-19 vaksini vurdurduğunu iddia ediblər. 

SHOWNEWS.AZ xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramin Bayramlı hələlik COVID-19 virusuna qarşı peyvənd olunmayıb: 

"Çünki ölkə üzrə peyvəndləməyə hələ gələn həftədən başlanacaq. Yayılmış foto isə qripə qarşı vaksin vurularkən çəkilib". 

Ölkəmizdə qripə qarşı vaksinasiyanın tətbiqinə 2020-ci il oktyabrın 12-dən xüsusi ayrılmış tibb müəssisələrində başlanılıb. Proses bir ay müddətində davam edib.