Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 İLƏ KİMİ HƏBS OLUNA BİLƏR

“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 İLƏ KİMİ HƏBS OLUNA BİLƏR

“Farmaniya.com” dələduzluq piramidasının idarəçisi Hüseyn Quliyevin cinayət işi üzrə aparılan ibtidai istintaq yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sosial şəbəkələrdə populyar olan “Zevs”in (Ruslan Quliyev) qardaşı Hüseynə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə yekun ittiham elan edilib. O bu maddə ilə təqsirli bilinərsə, əmlakı müsadirə edilməklə 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Reklamınızı SmartBee ilə effektiv edin.

 

Hüseyn 4 ay əvvəl  Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, həmin vaxtdan da həbsdədir.

İş üzrə ilk iclas fevralın 17-si başlayacaq. Prosesə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.

Qeyd edək ki, 19 yaşlı Hüseyn zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini deyib. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə nail olub.