“Vaksinasiya üçün Azərbaycana 4 milyon doza “Sinovac” vaksin gətirilməsi nəzərdə tutulub”.
SHOWNEWS.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.
“Bu vaksinlər öncə Türkiyəyə gətiriləcək, orda laboratoriyada yoxlanılacaq və hissə-hissə Azərbaycana gətiriləcək” deyə, o, əlavə edib.