Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Afət Telmanqızının evi qarət olunub - “Şəhid qızı” olduğunu deyir”

Afət Telmanqızının evi qarət olunub - “Şəhid qızı” olduğunu deyir”

 

Əməkdar jurnalist Afət Telmanqızına qarşı dələduzluq edilib.

Bu barədə aparıcı sosial media hesabında məlumat yayıb. O, daxili işlər naziri Vilayət Eyvazova açıq məktub ünvanlayıb.

Afət evində kirayə qalan Aygün Cavadova adlı qadının oğlu ilə birlikdə ona məxsus mənzili ötən ay qarət edərək qaçdığını deyib. Bildirib ki, həmin şəxs “şəhid qızı” olduğunu deyərək əməllərinə davam edir.

Jurnalistin sözlərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunduqdan sonra Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilini kirayə verib:

“Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı yanvarın 15-dən kirayənişin kimi evimə yerləşib. O, yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayəhaqqı ödəmədən 10-15 gün yaşayır. Daha sonra kirayəhaqqını ödəyəcəm deməklə yalan vədlər verərək vaxt uzadır, ən sonunda evləri qarət edib qaçır. Bu işi də tək görmür. Oğlu və bir tanışı ilə birgə silsilə oğurluqlar edir”.

Aparıcı sözügedən şəxsin görüntüsünü yayaraq onun 4 sutkalıq həbs edildiyini, hazırda isə azadlıqda olduğunu vurğulayıb

“Səs yazısı göndərib mənə hədə-qorxu gəlir”.