
Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi detalları məlum olub.
“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, döyülən şəxs təqsirləndirilənlərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələnlərin avtomobilini vuraraq qaçıb.
Təqsirləndirilən şəxslər onun arxasınca düşərək tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb.
Məlumata görə, döyülən şəxs “TikTok” istifadəçisi olub. Sosial şəbəkə vasitəsilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb.
Xatırladaq ki, hadisəyə görə 3 nəfər (Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov) məsuliyyətə cəlb edilib. Onlar barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, məsuliyyətə cəlb edilənlər ticarətlə məşğul olurlar və onlar daha əvvəl cinayət məsuliyyətinə cəlb edilməyiblər.