Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Vəkillərinizi hazırlıqlı saxlayın! İndi görün mən necə cavab verirəm!“

“Vəkillərinizi hazırlıqlı saxlayın! İndi görün mən necə cavab verirəm!“

Qalmaqallı çıxışı ilə gündəmi zəbt edən Kanal S-in aparıcısı Nigar Fərhad ünvanına təhqir dolu söz yazanlara cavab verib. 

Sosial media hesabında paylaşım edən Nigar onların hər birini məhkəməyə verəcəyini açıqlayıb:

"Sizə yaşıl işığ verdim, özünüzü qusdunuz. Saxta hesabları anladım. Onlar özlərinə əmindirlər ki onların tapılması çətin məsələdir. Bəs bu kütlələri olub təhqirə keçənlər? Siz də düşündünüz ki "madəm bu qızın üzərinə gedirlər, bu qız susacaq"? Yanıldınız! Bəziləriniz məni tanıya tanıya, nə dediyimi bilə bilə fürsətdən istifadə etdiniz ki "ya hikmət, bəlkə çökə...."

 

Bu hissi siz yalnız yuxunuzda yaşaya bilərdiniz. Mən dünəndən sakit dayanmışam, halbuki bilirdim nə necə olacaq....! Mənə dünən verilən ən gözəl məsləhət "Bu sənin fürsətindir, bir neçə saat cavab vermədən dözsən, hamını tanıyacaqsan"..... Baxmayaraq ki bu postları görəndə ürəyim parçalanırdı, ən çətin an haqlı olanda kiminsə səni haqsız qələmə verməsidir və sənin bu an susmağındır. Mən dünən emosiyalarıma sahib çıxıb əsəb içində boğularaq sakitcə izləyirdim ki siz son istifadənizi edəsiniz, mən də kimin kim olduğunu və 24 saat sonra hansı addım atıb, nə cavab verəcəyimi bilim.


Vəkillərinizi hazırlıqlı saxlayın ! Indi görün mən necə cavab verirəm! Mən bir səhf etdim, emosiyaya qapıldım və fikrimi tam və düz izah etmədim. Siz bundan istifadə edib, eyni səhfi buraxdınız. Siz məni özünüzə yaraşan şəkildə vurdunuz. İndi mən də özümə yaraşan şəkildə cavabımı verəcəm.... !