
Bakının Maştağa qəsəbəsində itkin düşən dayıqızı-bibiqızı olan yeniyetmələr tapılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışı aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatlar araşdırılır.
***
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışları aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Araşdırma DİN-in nəzarətinə götürülüb.