Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Həftəsonu vətəndaların kartından 50 min manata yaxın pul oğurlanıb

Həftəsonu vətəndaların kartından 50 min manata yaxın pul oğurlanıb

Mayın 3-4-də vətəndaşların bank kartlarından 50 min manata yaxın pul oğurlanıb.

Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şənbə və bazar günlərində ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 10 010, 7300, 4000, 3996, 2957, 1850, 1566, 1450, 1400, 1185, 1000, 1000, 999, 999, 999, 728, 670, 520, 500, 500, 480, 480, 420, 354, 280, 202, 188, 185, 145, 129, 120, 75, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu kimi məxfi məlumatları tanımadıqları şəxslərə verməməyə çağırıb.