Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mirşahinin yeni kanalında Vahid Mustafayev olmayacaq

Mirşahinin yeni kanalında Vahid Mustafayev olmayacaq     Mirşahin Ağayev ötən gün lisenziya alan Real TV üçün komandanı formalaşdırıb. TV-yə əsasən keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir. 

SHOWNEWS.AZ xəbər verir ki, “Real” TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq:

Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu, Ayşəm Rüstəmova.

Hələlik baş redaktor və redaktorlar müəyyən olunmayıb.

Onu da bildiriblər ki, “Real” TV layihəsi Mirşahin Ağayevə məxsusdur və Vahid Mustafayev bu layihədə yer almayacaq.

Eyni zamanda, “Real” TV-nin ofisinin Əhməd Rəcəbli küçəsində yerləşdiyi məlum olub. 5 mərtəbəli binada yerləşən ofisdə son hazırlıq işləri görülməkdədir.

TV-nin yaxın günlərdə yayıma başlayacağı bildirilir. Qeyd olunur ki, artıq texniki avadanlıqlar alınıb, kameraların bir hissəsi ofisə gətirilib, digərləri də gətiriləcək. ANS-ə məxsus köhnə avadanlıqları götürmək isə mümkün olmayıb. Məlum olduğu kimi, prokurorluq ANS-in qapısını möhürləyib.