Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakı sakininin mədəsindən 9 ədəd qaşıq çıxardılıb

Bakı sakininin mədəsindən 9 ədəd qaşıq çıxardılıb

Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

Modern.az xəbər verir ki, saat 01:00 radələrində 3 saylı Şəhər Klinik Xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.

İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Daha sonra Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.