Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yolüstü” layihəsi Moskvada mükafat aldı - FOTOLAR

“Yolüstü” layihəsi Moskvada mükafat aldı - FOTOLAR

“Yolüstü” layihəsi Moskvada beynəlxalq mükafat qazandı!

 

Azərbaycanın əsas avtomobil yolları boyunca xidmət göstərən “Yolüstü” layihəsi Moskvada keçirilən “İşinin Liderləri” beynəlxalq forumunda böyük uğura imza atıb!

 

Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə baş tutan tədbirdə “MDB məkanında ən yaxşı avtomagistral turizm xidməti” nominasiyası üzrə ilin uğurlu təşəbbüsü olaraq mükafatlandırılan layihə, ölkəmizi layiqincə təmsil edib.

 

Mükafatı “Yolüstü” layihəsinin əməliyyat direktoru Qaşqay Mirzəzadə qəbul edib.

 

Qeyd edək ki, “Yolüstü” regionda yolboyu keyfiyyətli və rahat xidmət təqdim edən ilk yerli layihə kimi tanınır.