
Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.