Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Avtobuslarda kondisionerlər iyunun 2-dən qoşulacaq”

“Avtobuslarda kondisionerlər iyunun 2-dən qoşulacaq”

“Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobuslarda kondisionerlərin qoşulmasını iyunun 2-dən təmin edəcək.

Şirkətdən bildirilib ki, avtobusların havalandırma və havasərinlətmə sistemləri yay mövsümünə hazırdır.

“Kondisionerlərin qoşulması proqnozlaşdırılan hava şəraitinə uyğun olaraq 15 iyun tarixindən nəzərdə tutulmuşdu. Lakin sərnişinlərin rahatlığı nəzərə alınaraq bu tarix iyunun 2-nə keçirilib, artıq texniki yoxlama mərhələsi başa çatıb və üzümüzə gələn həftənin ilk günündən avtobuslarda kondisionerlər hər il olduğu kimi qoşulacaq”, - məlumatda qeyd olunub.