Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bizdə qadınlar dilənir, kişilər evdə oturur…”

“Bizdə qadınlar dilənir, kişilər evdə oturur…”

Bakının Sabunçu rayonundakı bu ərazi “Qaraçılar məhəlləsi” kimi tanınır. Burada qadınlar dilənçiliklə məşğul olur, kişilər isə evdə oturub gətiriləcək azuqəni gözləyirlər.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, həmin sakinlərin əksəriyyətinin şəxsiyyət vəsiqəsi, bank kartı, təhsili və icbari tibbi sığortası yoxdur. Burada formalaşmış adətlər belədir: evlən, uşaq dünyaya gətir, dilən.

Həyat yoldaşını iş dalınca - dilənməyə göndərən sakinlərdən biri evdə oturub uşaqlara baxdığını deyir: “21 yaşım var, həyat yoldaşım da 20 yaşındadır. Yeddi ildir evliyik, üç övladımız var. Bizim ailədə qadınlar dilənir, biz isə evdə otururuq”.