Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Partlayışda vətəndaşlardan xəsarət alan yoxdur - RƏSMİ

Partlayışda vətəndaşlardan xəsarət alan yoxdur - RƏSMİ

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla  əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

“İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Aidiyyəti qurumlar tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - rəsmi məlumatda vurğulanıb.