Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Hilton Baku”dakı qiymətlər müzakirə yaratdı FOTOLAR

“Hilton Baku”dakı qiymətlər müzakirə yaratdı FOTOLAR

“Hilton Baku” hoteldə turistlərin ödədiyi hesab sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Musavat.com xəbər verir ki, turistlər özləri də ödədikləri 1290 manatlıq hesaba görə təəccübləniblər.

Paylaşılan ödəniş qəbzindən aydın olur ki, qonaqlar bir burger üçün 42 manat, 0.75 litr qazlı və qazsız “Sirab” üçün 11 manat, bir nəfərlik sezar salatı üçün 34 manat, kartof qızartmasının 1 nəfərlik porsiyası üçün 12 manat, 1 porsiya qarışıq kabab setinə 85 manat ödəyiblər.

Müştərilərin ümumi hesabı 1229 manat, servis xidməti isə 5 faiz hesablanıb. Ümumilikdə ödənilən məbləğ 1290 manat olub.