
Bu gün səhər saatlarında “20 Yanvar” stansiyasında dünyaya gələn körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə biləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Anar Zamanov məlumat verib.
“Bu gün “Bakı Metropoliteni”nin tarixində unudulmaz bir hadisə baş verib. Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq onun 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”,- o bildirib.
Qeyd edək ki, səhər saat 07:40 radələrində çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib. Doğuş edən qadın və körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Körpənin vəziyyəti qənaətbəxş deyil.