Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azyaşlını dilənçiliyə məcbur edən şəxs saxlanıldı - 7 İL 6 AY

Azyaşlını dilənçiliyə məcbur edən şəxs saxlanıldı - 7 İL 6 AY

Bakıda azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi tədbir nəticəsində İlqar Ələsgərov yetkinlik yaşına çatmayan bir nəfəri məcburi əməyə cəlb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Araşdırmalarla onun zərərçəkəni paytaxtın müxtəlif ərazilərində avaraçılıq və dilənçiliyə sövq etməklə maddi gəlir əldə etdiyi sübuta yetirilib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsi məcburi əməyə cəlb etmə maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

İ.Ələsgərov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.