Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qadın fotosunu bəyənmək boşanma üçün əsas sayıldı

Qadın fotosunu bəyənmək boşanma üçün əsas sayıldı

Türkiyənin Kassasiya Məhkəməsi sosial şəbəkələrdə qarşı cinsə məxsus foto və paylaşımları bəyənməyin ailə etimadına zərər vurduğunu və boşanma üçün əsas təşkil etdiyini rəsmən təsdiqləyib.

Axşam.az xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.

Hadisə Kayseri şəhərində bir cütlüyün qarşılıqlı boşanma iddiası zamanı üzə çıxıb. Qadın həyat yoldaşını digər xanımın sosial şəbəkə fotolarını bəyənməkdə, ona maddi yardım etməməkdə və sadiqsizlikdə ittiham edib. Kişi isə həyat yoldaşının atasını təhqir etdiyini, həddindən artıq qısqanclıq etdiyini və sosial şəbəkədə onu narahat edən şərhlər yazdığını bildirib.

Birinci instansiya məhkəməsi əsas günahın kişidə olduğunu müəyyən edib. Apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlayaraq, qarşı cinsin fotolarının bəyənilməsinin etimada zərbə vurduğunu bildirib.

Sonda iş Kassasiya Məhkəməsinə çatdırılıb və əvvəlki qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. Qadına 30 min lirə maddi, 30 min lirə isə mənəvi təzminat ödənilməsinə, həmçinin hər ay 1000 lirə aliment verilməsinə qərar verilib.

Qeyd edək ki, qadın ilkin olaraq 500 min lirə təzminat və 5 min lirə aliment tələb etmişdi.