Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi qanunvericiliyə salınır.

Bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.