Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 606 nəfər hərbi qulluqçu tam təmirli mənzillərlə təmin olunacaq.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına alınan tam təmirli mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdim olunacaq.
Qeyd edək ki, bu günə qədər dövlət vəsaiti hesabına 4167 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub.




