Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tovuzda 14 yaşlı qızı 33 yaşlı kişi ilə evləndirən valideynlər həbs edildi

Tovuzda 14 yaşlı qızı 33 yaşlı kişi ilə evləndirən valideynlər həbs edildi

Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.

Bu haqda DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.

***

“Qafqazinfo”nun məlumatına görə, bəy 1992-ci il təvəllüdlü olub, yəni qızdan 19 yaş böyük imiş.


Günün çox oxunanları