Azərbaycanın lider şəbəkələrindən olan “Kontakt” ölkə xaricində də fəaliyyət dairəsini genişlədir. Şəbəkə artıq 5 ildən çoxdur ki, Gürcüstan bazarında uğurla irəliləyir, bu il üçün isə regionda gücünü ikiqat artıraraq mağaza sayını 12-ə çatdırmağı hədəfləyir.
Hazırda Gürcüstan xəritəsində Tbilisi, Batumi və Rustavi kimi əsas şəhərlərdə yer alan “Kontakt” ilin gedişində Telavi, Kutaisi və Zugdidi kimi bölgələri də bu siyahıya əlavə etməyə hazırlaşır.
Gürcüstanlı müştərilər “Kontakt” mağazalarını həm geniş məhsul çeşidi, həm də rahat daxili kredit şərtlərinə görə birinci ünvan kimi seçir. Məhz bu üstünlükləri şəbəkəni rəqabətli bazarda fərqləndirir.
Qeyd edək ki, şəbəkə Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Hazırda Azərbaycanda 50-dən çox, Gürcüstanda isə 6 mağaza ilə fəaliyyət göstərərək genişlənmə planlarını sürətlə davam etdirir.




