Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aqşin Fatehin restoranında saxta içkilər və vaxtı keçmiş məhsullar satılırmış FOTOLAR

Aqşin Fatehin restoranında saxta içkilər və vaxtı keçmiş məhsullar satılırmış FOTOLAR

By Fateh" ictimai iaşə obyektində yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, m 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilzadə Hüseyn İsa oğluna məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. 

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Qeyd edək ki, "By Fateh" restoranının məşhur meyxanaçı Aqşin Fatehə məxsus olduğu bildirilir.