İndiyədək minlərlə insanı avtomobil və uduşlarla sevindirən kampaniyada qaydalar da sadələşdirilib. Artıq uduş üçün mütləq “şeş” gözləmək lazım deyil; indi hansı qoşa atacağına elə müştəri özü qərar verir.
Bəs sistem necə işləyir? Mağazadan 300 AZN-dən yuxarı alış-veriş edən hər kəs öz qoşa rəqəmini seçib oyuna başlayır. İlk atışda həmin qoşa düşərsə, məhsulun dəyərinin 10%-i, ikinci cəhddə də eyni qoşa düşərsə, 100%-i geri qazanılır. Kampaniyanın ən yaxşı tərəfi odur ki, növbəti atışlar uğurlu olmasa belə, qazanılan məbləğlər batmır, cibinizdə qalır. Daha sonra isə əsas hədəf 100 000 AZN-lik Böyük Finaldır. Orada isə yeni bir qoşa seçimi və atışı böyük pul mükafatını qazandırır.
Maraqlananlar üçün deyək ki, kampaniya artıq bütün mağazalarda - həm nağd, həm də hissəli alış imkanları ilə aktivdir.




