Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və ilk niyyət axşamıdır.
Axşam.az xəbər verir ki, bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.
Artıq sabahdan etibarən islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu Ramazan ayı başlayır. Ramazan həm də, ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət ayı kimi qəbul olunur.
Bu ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi, pis vərdişlərdən uzaq durulması tövsiyə edilir.




