Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“AzərSu”nun gəlirləri 92.5 milyon manat artacaq”

“AzərSu”nun gəlirləri 92.5 milyon manat artacaq”

“Qiymət artımından sonra “Azərsu” ASC tərəfindən bütün təhlillər aparılır. Şirkətin bundan sonra gəlirləri 92. 5 milyon manat artacaq”.

SHOWNEWS.AZ xəbər verir ki, bunu “Azərsu” ASC-nin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bazar iqtisadiyyatının qaydaları var, qiymətlər qalxanda məhsullara tələbat azalır. Ona görə də istehlakın 3-5 faiz azalması gözlənilir.

 

“Tariflərin artmasından əvvəl “Azərsu” ASC-yə dövlət yardımı ödənilirdi. Qiymət artımından alınan məbləğ istehlakçılara yönəldiləcək. Tariflərin artırılması “Azərsu” ASC-nin büdcədən asılılığını azaldacaq”.