“Bu gün “Coca Cola”-nın yerli nümayəndəliyi olan Azərbaycan “Coca-Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb”.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
“Dünyanın ən iri şirkətlərindən biri olan Coca-Cola Azərbaycanda öz zavodunu quracaq” - deyə, nazir qeyd edib.