Bu gün Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yeraltı qaz sızmasının ləğvi istiqamətində iş aparılacaq.
SHOWNEWS.AZ xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, həmçinin, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 mm olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra ediləcək.
Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan etibarən Binəqədi rayonunun “Vulkan”, “1 May” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.