Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakı-Tbilisi qatarına 23 kq-a qədər baqajı pulsuz apara biləcəksiz

Bakı-Tbilisi qatarına 23 kq-a qədər baqajı pulsuz apara biləcəksiz

Bakı-Tbilisi-Bakı qatarı ilə səfər zamanı Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq olacaq.

Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

 

Bildirilib ki, bundan əlavə kiçik əl yükü üçün də ödəniş tələb olunmur. 

Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir.

Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.