Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Temperatur enəcək, qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Temperatur enəcək, qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 29-u axşamdan 30-u səhərədək arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mayın 29-u gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 29-da bəzi yerlərdə yağıntının güclənəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.