Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Limon turşusu” həbs olundu

“Limon turşusu” həbs olundu

Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırmalarla 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərov olduqları müəyyən edilib.

Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə hər biri 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, P. Muxtarova “TikTok” sosial şəbəkəsində “Limon turşusu” adı ilə tanınır.