Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

12 yaşlı oğluna avtomobil hədiyyə etdi - FACİƏ İLƏ NƏTİCƏLƏNDİ

12 yaşlı oğluna avtomobil hədiyyə etdi - FACİƏ İLƏ NƏTİCƏLƏNDİ

Avqustun 12-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında – azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində 12 yaşlı Tapdıq Qəhrəmanovun öldüyü hadisənin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, ailənin qonşuları sosial şəbəkədə hadisə zamanı yeniyetmənin “Smart” markalı kiçikölçülü avtomobili özünün idarə etdiyini bildiriblər.

Məlumata görə, bir müddət əvvəl valideynləri Tapdığa həmin avtomobili hədiyyə ediblər. Lakin sürücülük üçün yaşı çatmadığından uşağın yola çıxmasına icazə verilməyib. Hadisə günü isə yeniyetmə atasından xəbərsiz maşını sürərək küçəyə çıxıb və qəza törədib. Nəticədə, o həyatını itirib.